Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Van əyalətinin Gülpınar rayonu ərazisində, Van-Başkale avtomobil yolunun 70-ci km-də baş verib.
Hadisə yerinə çox sayda təcili yardım avtomobilləri və xilasedicilər cəlb olunub.
Qəzanın səbəbi araşdırılır.