Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə mikroavtobusla yük maşını toqquşub - <font color=red><b>8 ölü, 2 yaralı</b></font>

10:42 - 30 Yanvar 2018 tarixində dərc olunub.

Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Van əyalətinin Gülpınar rayonu ərazisində, Van-Başkale avtomobil yolunun 70-ci km-də baş verib. 

Hadisə yerinə çox sayda təcili yardım avtomobilləri və xilasedicilər cəlb olunub. 
Qəzanın səbəbi araşdırılır.  

Müəllif: