Şimali Koreyada “AH1N1” ("donuz qripi"də deyirlər) qrip virusu geniş miqyasda yayılıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, məlumatı Koreya Xalq Demokratik Respublikasının rəsmi qurumları yayıb.
Bildirilib ki, 2017-ci il dekabr ayının ortalarından 2018-ci il yanvarın 29-dək ölkədə 81 min nəfərin bu qripə yoluxması faktı qeydə alınıb.
Şimali Koreyanın Səhiyyə Nazirliyi vəziyyətlə bağlı Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb.