Ucnoqta.az
www.ucnoqta.az

Şimali Koreyada 81 min nəfər "donuz qripi"nə yoluxub

21:06 - 29 Yanvar 2018 tarixində dərc olunub.

Şimali Koreyada “AH1N1” ("donuz qripi"də deyirlər) qrip virusu geniş miqyasda yayılıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, məlumatı Koreya Xalq Demokratik Respublikasının rəsmi qurumları yayıb.

Bildirilib ki, 2017-ci il dekabr ayının ortalarından 2018-ci il yanvarın 29-dək ölkədə 81 min nəfərin bu qripə yoluxması faktı qeydə alınıb.

Şimali Koreyanın Səhiyyə Nazirliyi vəziyyətlə bağlı Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. 

Müəllif: