Azərbaycan vətəndaşlığını almaq asanlaşdı - Yalnız bu şəxslərə

13:53 - 26 Yanvar 2018 - Xəbər

2006-cı il yanvarın 1-dək Azərbaycana gələn və burada yaşayan SSRİ pasportuna malik şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi asanlaşır.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.
 

Qanunun 14-cü maddəsinə təklif edilən dəyişikliklərə əsasən, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycanda daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.
 

Bu müddət könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
 

Qanun layihəsi Milli Məclisin fevralın 1-də keçiriləcək sessiyasına tövsiyə olunub.

Xəbər xətti