Elmar Vəliyev qəbul keçirdi - FOTO

12:40 - 26 Yanvar 2018 - Xəbər

Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş qəbulunda idarə və müəssisə rəhbərləri, o cümlədən 50 nəfərdən çox qarabağ əlili və şəhid ailələri iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri icra başçısı Elmar Vəliyev tərəfindən dinlənilib.
 

Vətəndaş qəbulunda işlə təminat, fərdi mənzillərin təmiri və s. məsələlər ilə bağlı problemlər səsləndirilib. Elmar Vəliyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib.

 

Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.


Xəbər xətti