ABŞ hakimiyyətinin beynəlxalq ticarət sahəsində proteksionizm siyasəti bütün ölkələrə zərər verə bilər, lakin bundan daha çox Birləşmiş Ştatların özü ziyan görəcək.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Kolumbiya prezidenti Xuan Manuel Santos Davosda Dünya İqtisadi Forumu zamanı CNBC-yə müsahibəsində deyib.
X.M.Santos düzgün və azad ticarətin tərəfdarı olduğunu bildirib: "Proteksionizm hamıya, xüsusilə də Birləşmiş Ştatlara zərər vuracaq. Ümumilikdə isə Kolumbiya ABŞ-la mənfi ticarət balansı olan ölkələrdən deyil, buna görə də özünü təhlükəli vəziyyətdə hiss etmir".