Ucnoqta.az
www.ucnoqta.az

Kolumbiya prezidenti: <font color=red><b>Trampın bu siyasəti ABŞ-ın özünə ziyan vuracaq</b></font>

19:38 - 24 Yanvar 2018 tarixində dərc olunub.

ABŞ hakimiyyətinin beynəlxalq ticarət sahəsində proteksionizm siyasəti bütün ölkələrə zərər verə bilər, lakin bundan daha çox Birləşmiş Ştatların özü ziyan görəcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Kolumbiya prezidenti Xuan Manuel Santos Davosda Dünya İqtisadi Forumu zamanı CNBC-yə müsahibəsində deyib.
 

X.M.Santos düzgün və azad ticarətin tərəfdarı olduğunu bildirib: "Proteksionizm hamıya, xüsusilə də Birləşmiş Ştatlara zərər vuracaq. Ümumilikdə isə Kolumbiya ABŞ-la mənfi ticarət balansı olan ölkələrdən deyil, buna görə də özünü təhlükəli vəziyyətdə hiss etmir".

Müəllif: