Əfqanıstanın Cəlalabad şəhərində silahlı şəxslər "Save the Children” beynəlxalq təşkilatının ofisinə hücum edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə 11 nəfər yaralanıb.
Bu gün səhər terrorçu-kamikadzə binanın girişi qarşısında partlayıcını işə salıb. Daha sonra ofisin ərazisinə silahlı şəxslər daxil olublar. Əyalət qubernatorunun sözlərinə görə, silahlı şəxslərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma davam edir.
Qeyd edilir ki, hüquq müdafiəçilərinin ofislərinin yaxınlığında məktəb yerləşir. Atışma zamanı bəzi uşaqlar ərazini tərk ediblər.