Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda “Save the Children” təşkilatının ofisinə silahlı hücum - <font color=red><b>11 yaralı</b></font>

12:14 - 24 Yanvar 2018 tarixində dərc olunub.

Əfqanıstanın Cəlalabad şəhərində silahlı şəxslər "Save the Children” beynəlxalq təşkilatının ofisinə hücum edib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə 11 nəfər yaralanıb. 
 

Bu gün səhər terrorçu-kamikadzə binanın girişi qarşısında partlayıcını işə salıb. Daha sonra ofisin ərazisinə silahlı şəxslər daxil olublar.  Əyalət qubernatorunun sözlərinə görə, silahlı şəxslərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma davam edir. 
 

Qeyd edilir ki, hüquq müdafiəçilərinin ofislərinin yaxınlığında məktəb yerləşir. Atışma zamanı bəzi uşaqlar ərazini tərk ediblər. 

Müəllif: