Ötən gündən Avropada tüğyan edən qasırğa nəticəsində həyatını itirənlərin sayı artmaqdadır.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, ölənlərin sayı 10 nəfərə çatıb.
Məlumata görə, Niderlandda 3 adam qasırğanın qurbanı olub, daha bir nəfər isə xəsarət alıb.
Belçikada isə küləyin aşırdığı ağac avtomobilin üzərinə düşüb və maşındakı adam ölüb.
Almaniyada isə ölənlərin sayı 6 nəfər qeydə alınıb, onlardan ikisi qasırğa ilə əlaqədar xilasetmə işlərində iştirak edən yanğınsöndürən şəxs olub.
Qasırğa eləcə də, avtomagistral və dəmir yollarında hərəkəti məhdudlaşdırıb. Bəzi aeroportlarda aiareyslər təxirə salınıb.