Ucnoqta.az
www.ucnoqta.az

Qasırğa Avropanı "yasa batırıb" - <font color=red><b>10 ölü</b></font>

23:02 - 19 Yanvar 2018 tarixində dərc olunub.

Ötən gündən Avropada tüğyan edən qasırğa nəticəsində həyatını itirənlərin sayı artmaqdadır.

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumata görə, Niderlandda 3 adam qasırğanın qurbanı olub, daha bir nəfər isə xəsarət alıb.

Belçikada isə küləyin aşırdığı ağac avtomobilin üzərinə düşüb və maşındakı adam ölüb.

Almaniyada isə ölənlərin sayı 6 nəfər qeydə alınıb, onlardan ikisi qasırğa ilə əlaqədar xilasetmə işlərində iştirak edən yanğınsöndürən şəxs olub.

Qasırğa eləcə də, avtomagistral və dəmir yollarında hərəkəti məhdudlaşdırıb. Bəzi aeroportlarda aiareyslər təxirə salınıb.

Müəllif: