Qərbin son məqsədi Türkiyəni parçalamaqdır.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.
Y.Topçunun sözlərinə əsasən, "ərəb baharı" bir sıra müsəlman ölkələrində radikalizmin artmasına səbəb olub ki, bu da əslində qərbin əsas məqsədidir:
"Bu gün radikallar iddia edirlər ki, guya əsl islamı təmsil edirlər, lakin onların islamla heç bir əlaqəsi yoxdur".
Prezidentin köməkçisi qeyd edib ki, Türkiyə qərbin planına mane ola biləcək yeganə ölkədir:
"Türkiyə həmişə bütün radikal və terror təşkilatları ilə fəal mübarizə aparacaq. Ümumiyyətlə, radikallarla, terror təşkilatları ilə, o cümlədən PKK ilə mübarizə onlar tam məhv edilənə qədər aparılacaq".