Ucnoqta.az
www.ucnoqta.az

Prezidentin köməkçisi: <font color=red><b>Qərbin məqsədi Türkiyəni parçalamaqdır</b></font>

21:38 - 19 Yanvar 2018 tarixində dərc olunub.

Qərbin son məqsədi Türkiyəni parçalamaqdır.

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçunun sözlərinə əsasən, "ərəb baharı" bir sıra müsəlman ölkələrində radikalizmin artmasına səbəb olub ki, bu da əslində qərbin əsas məqsədidir:

"Bu gün radikallar iddia edirlər ki, guya əsl islamı təmsil edirlər, lakin onların islamla heç bir əlaqəsi yoxdur".

Prezidentin köməkçisi qeyd edib ki, Türkiyə qərbin planına mane ola biləcək yeganə ölkədir:

"Türkiyə həmişə bütün radikal və terror təşkilatları ilə fəal mübarizə aparacaq. Ümumiyyətlə, radikallarla, terror təşkilatları ilə, o cümlədən PKK ilə mübarizə onlar tam məhv edilənə qədər aparılacaq".

Müəllif: