Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrin əməliyyatının yaxın günlərdə başlayacağını elan etməsindən sonra ABŞ-dan gözlənilməz addım gəlib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriya – Türkiyə sərhədinə 30 minlik “sərhəd təhlükəsizliyi qüvvələri” göndəriləcəyini açıqlayıb.
Qüvvələrin idarəetməsi isə PKK-nın Suriya qolu olan Suriya Demokratik Qüvvələrinə (SDQ) həvalə ediləcək.
Məlumata görə, qoşun Fərat çayı sahillərinə yerləşdiriləcək.