Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Türkiyə sərhədinə 30 minlik qoşun yığır - <font color=red><b>Vəziyyət gərginləşir</b></font>

18:20 - 15 Yanvar 2018 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrin əməliyyatının yaxın günlərdə başlayacağını elan etməsindən sonra ABŞ-dan gözlənilməz addım gəlib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriya – Türkiyə sərhədinə 30 minlik “sərhəd təhlükəsizliyi qüvvələri” göndəriləcəyini açıqlayıb.
 

Qüvvələrin idarəetməsi isə PKK-nın Suriya qolu olan Suriya Demokratik Qüvvələrinə (SDQ) həvalə ediləcək.
 

Məlumata görə, qoşun Fərat çayı sahillərinə yerləşdiriləcək.

Müəllif: