Yeni doğulmuş körpə öldü — GƏNCƏDƏ

10:30 - 13 Yanvar 2018 - Xəbər

Gəncədə sağlamlığında problem olan yeni doğulmuş körpə ölüb.
 

"Ucnoqta.az"  APA-ya istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılova Rahilə Hətəm qızı 5 gün əvvəl  Gəncədə yerləşən Regional Pernotal Mərkəzdə uşaq dünyaya gətirib.

 

Müayinə zamanı uşaqda mədə bağırsaq sisteminin trafil qanaxması aşkar olunub. Tibbi yardıma baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, 5 gün sonra xəstəxanada ölüb.

Məlumata görə, bu R. İsmayılovanın dünyaya gətirdiyi 3-cü övladı olub.

Xəbər xətti