Daşıyıcısı dəyişdirilən marşrutla bağlı daha bir YENİLİK

16:35 - 12 Yanvar 2018 - Xəbər

Əvvəlcədən də məlumat verildiyi kimi, yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

 
"Ucnoqta.az" Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata istinadən bildirir ki, hərəkət sxeminə əsasən, 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər. Belə ki, “Məktəb” küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. “Məktəb” küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb. 

Xəbər xətti