İrəvana uçan təyyarələr eniş edə bilmir

16:15 - 12 Yanvar 2018 - Xəbər

Ermənistanda dumanlı hava şəraitinə görə,  Zvartnots beynəlxalq hava limanı reysləri qəbul edə bilmir.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mülki Aviasiya Baş idarəsindən bildirilib ki, təyyarələr Ermənistana gecikmələrlə çatacaqlar, İrəvandan uçuşlar da təyin olunduğu vaxtdan gec baş tutacaq. 
 

Qeyd edilir ki, hazırda Subay-İrəvan, Moskva-İrəvan, Tbilisi-İrəvan, Voronej-İrəvan reysləri təxirə salınıb. 

Xəbər xətti