Rusiya aviaşirkəti Bakıya yeni reys açır

15:54 - 12 Yanvar 2018 - Xəbər

Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.
 

Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək.
 

Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq.
 

Yeni istiqamət üzrə reyslər "Boeing 737-800" təyyarələri ilə yerinə yetiriləcək.

Xəbər xətti