Anjey Kaspşik 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olundu

14:25 - 12 Yanvar 2018 - Xəbər

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.

"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb.
 

 Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
 

A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

 

 Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.

Xəbər xətti