Dələduz dəstə hakim qarşısında — 147 min manatlıq iş

13:09 - 11 Yanvar 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək V. Güləliyevin 9 il 6 ay,C. İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, N. Əliyevin 8 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Proses 22 yanvarda davam etdiriləcək. 
 

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. İş üzrə bir neçə zərərçəkmiş şəxs tanınıb.
 

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
 

Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

Xəbər xətti