İran İslam Respublikasının Atom Enerjisi Qurumu nüvə məsələsi ilə bağlı açıqlama verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, açıqlamaya əsasən, ABŞ-ın sanksiyaları yenidən tərtib etməsi Tehranın dünya gücləri ilə olan nüvə müqaviləsini poza bilər. İran, nüvə ehtiyatlarını artırmaq gücünə sahib olduğunu qeyd edib.
Açıqlamada deyilir: " Yanvar ayının ortalarına qədər nüvə proqramı ilə bağlı məhdudiyyətlər əvəzinə, İranın neft ixracatına aid sanksiyaların təxirə salınması mövzusunda Tramp qərar verməlidir. Təxirə salınma davam etməsə, bu, nüvə müqaviləsinin şərtlərinin pozulması deməkdir və İran İslam Respublikası ehtiyyat tədbirlər görəcək. Atom Enerjisi Qurumu müxtəlif sahələrdə nüvə çalışmalarını sürətləndirəcək bir gücə sahibdir. Nüvə müqaviləsinin imzalandığı dövrlə müqayisədə uran ehtiyatları bir neçə dəfə artırıla bilər".