BDU-da “Açıq qapı” günü keçirildi

15:53 - 10 Yanvar 2018 - Xəbər

Bu gün Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.

 

"Ucnoqta.az" BDU-dan “Qafqazinfo”ya daxil olan xəbərə istinadən bildirir ki, BDU-nun rektoru Abel Məhərrəmovla görüşən müşahidəçilər imtahan prosesinin təşkilindən və keçirilməsindən danışıblar.

 

A. Məhərrəmov İctimai Nəzarət və Məsləhət Şurasının fəaliyyətini xüsusi qeyd edərək “Açıq qapı” günü çərçivəsində imtahan sessiyasının monitorinqinin keçirilməsinə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, sessiya başlamazdan öncə rektorun müvafiq əmrinə əsasən imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.

 


Xəbər xətti