Tanınmış aşıq Vüqar Mahmudoğlu dəfn edilib - FOTO

15:22 - 10 Yanvar 2018 - Xəbər

Azərbaycanın tanınmış aşığı Vüqar Mahmudoğlu dəfn edilib.

 

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, V.Mahmudoğlu Qobustan rayonunun Şıxzaharılı kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, bir neçə gün öncə infarkt keçirən V.Mahmudoğlu Mərkəzi Gömrük Hospitalında ürəyindən əməliyyat olunmuşdu.

 

Xatırladaq ki, o, 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub.

 

Allah rəhmət eləsin!


Xəbər xətti