Bank mütəxəssisinin məhkəməsi oldu

15:01 - 10 Yanvar 2018 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank"ın Nəsimi filialının kredit mütəxəssisi, dələduzluqda təqsirləndirilən Novruz Vəliyevin məhkəməsi keçirilib.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Kənan Nağıyev ifadə verib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan K.Nağıyev deyib ki, N.Novruzova 150 min dollar verib: “Mənə təxminən 50 min qaytarıb. Amma onun da hamısı mənə çatmayıb”.

 

N.Vəliyev isə faizlərlə birgə K.Nağıyevə 60 min dollar qaytardığını bildirib.

 

Proses yanvarın 19-da davam etdiriləcək.

 

Qeyd edək ki, N.Vəliyev tanışları Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda onların ümumilikdə 332 min 200 manat pulunu mənimsəyib. "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da zərərçəkən kimi tanınıb.

Xəbər xətti