Makronun Çinə səfəri həm ziyarət, həm ticarət olub - 184 təyyarə satdı

14:22 - 10 Yanvar 2018 - DÜNYA

Çin 13 yerli aviaşirkət üçün Fransadan 184 “Airbus” təyyarəsi alacaq.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə razılaşma Fransa prezidenti Emmanuel Makronun Çinə səfəri çərçivəsində əldə edilib.

 

Qeyd olunur ki, təyyarələrin Çinə tədarükü 2019-2020-ci illərdən nəzərdə tutulub.

 

Razılaşmanın məbləği açıqlanmasa da, mütəxəssislər ümumi qiymətin 18 milyard dollar təşkil edə biləcəyini deyir.

 

Qeyd edək ki, səfərin ilk günündə, yanvarın 8-də E.Makron Çin rəhbəri Si Tzinpinə at hədiyyə etmişdi.

Xəbər xətti