Ucnoqta.az
www.ucnoqta.az

Makronun Çinə səfəri həm ziyarət, həm ticarət olub - <font color=red><b>184 təyyarə satdı</b></font>

14:22 - 10 Yanvar 2018 tarixində dərc olunub.

Çin 13 yerli aviaşirkət üçün Fransadan 184 “Airbus” təyyarəsi alacaq.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə razılaşma Fransa prezidenti Emmanuel Makronun Çinə səfəri çərçivəsində əldə edilib.

 

Qeyd olunur ki, təyyarələrin Çinə tədarükü 2019-2020-ci illərdən nəzərdə tutulub.

 

Razılaşmanın məbləği açıqlanmasa da, mütəxəssislər ümumi qiymətin 18 milyard dollar təşkil edə biləcəyini deyir.

 

Qeyd edək ki, səfərin ilk günündə, yanvarın 8-də E.Makron Çin rəhbəri Si Tzinpinə at hədiyyə etmişdi.

Müəllif: