Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburqun yaxınlığında iki sərnişin qatarı toqquşub.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, qəza nəticəsinə 200 nəfər xəsarət alıb.
"Geldenhuis" stansiyasına daxil olan qatar platformada dayanan qatarlardan biri ilə toqquşub.
Qeyd edək ki, bu, son günlərdə CAR-da qeydə alınan ikinci belə hadisədir. Ötən həftənin cümə axşamı Hennenman və Krunstad yaşayış məntəqələri arasında qatar yük avtomobili ilə toqquşmuşdu. Hadisə nəticəsində 19 nəfər ölüb, 200 nəfər yaralanıb.