Ucnoqta.az
www.ucnoqta.az

CAR-da sərnişin qatarları toqquşub: <font color=red><b>200 yaralı </b></font>

13:49 - 9 Yanvar 2018 tarixində dərc olunub.

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburqun yaxınlığında iki sərnişin qatarı toqquşub.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, qəza nəticəsinə 200 nəfər xəsarət alıb.
 

"Geldenhuis" stansiyasına daxil olan qatar platformada dayanan qatarlardan biri ilə toqquşub.
 

Qeyd edək ki, bu, son günlərdə CAR-da qeydə alınan ikinci belə hadisədir. Ötən həftənin cümə axşamı Hennenman və Krunstad yaşayış məntəqələri arasında qatar yük avtomobili ilə toqquşmuşdu. Hadisə nəticəsində 19 nəfər ölüb, 200 nəfər yaralanıb.

Müəllif: