Kamçatka təhlükədə - Güclü siklon yaxınlaşır

23:28 - 9 Yanvar 2018 - Xəbər

Rusiyanın Kamçatka bölgəsinə Sakit okeandan güclü siklon yaxınlaşır.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, sinoptiklər gün ərzində Kamçatkada küləyin sürətinin saniyədə 30 metrədək çatacağını proqnozlaşdırır.
 

Bölgə rəhbərliyi sakinləri təhlükəsizlik tədbirləri görməyə, mümkün qədər yola çıxmamağa çağırıb.
 

Turistlərə və turizm şirkətlərinə ekstremal marşrutları təxirə salmaq tapşırılıb.

Xəbər xətti