ABŞ-ın şərq sahillərində davam edən qar fırtınası nəticəsində azı 6 nəfər həlak olub.
"Ucnoqta.az" xəbər verir ki, təkcə Şimali Karolina ştatında 3 nəfər həyatını itirib.
Ştat qubernatoru bölgədə çoxlu sayda avtomobil qəzasının baş verdiyini deyib. Bəzi rayonlarda 30 santimetrdən çox qar yağıb.
Son iki gün ərzində ABŞ aviaşirkətləri 5000-dən çox reysi təxirə salmalı olub.
//Trend//