Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da qar fırtınası - <font color=red><b>Ölənlər var</b></font>

12:05 - 5 Yanvar 2018 tarixində dərc olunub.

ABŞ-ın şərq sahillərində davam edən qar fırtınası nəticəsində azı 6 nəfər həlak olub.
 

"Ucnoqta.az" xəbər verir ki, təkcə Şimali Karolina ştatında 3 nəfər həyatını itirib.
 

Ştat qubernatoru bölgədə çoxlu sayda avtomobil qəzasının baş verdiyini deyib. Bəzi rayonlarda 30 santimetrdən çox qar yağıb.
 

Son iki gün ərzində ABŞ aviaşirkətləri 5000-dən çox reysi təxirə salmalı olub.








//Trend//

Müəllif: