Nyu-York qubernatoru Endryü Kuomo fövqəladə vəziyyət elan edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, buna səbəb soyuq və çovğunla bağlı yaranan problemdir.
Qubernator Tvitter səhifəsində yazıb: "Mən Nyu-York, Uestçester və Lonq-Aylenddə ekstremal hava şəraiti səbəbindən fövqəladə vəziyyət elan edirəm".
Nyu-Yorka yağan aramsız qar səbəbindən şəhər meri Bill de Blazio cümə axşamı bütün məktəbləri bağlamışdı.
Bundan başqa mer şəhər sakinlərinə evdə qalmağı və nəqliyyatla hərəkət etməməyi məsləhət görüb. Nyu-Yorkun Con Kennedi beynəlxalq hava limanında reyslər dayandırılıb.