Ucnoqta.az
www.ucnoqta.az

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi — <font color=red><b>Səbəb</b></font>

10:58 - 5 Yanvar 2018 tarixində dərc olunub.

Nyu-York qubernatoru Endryü Kuomo fövqəladə vəziyyət elan edib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, buna səbəb soyuq və çovğunla bağlı yaranan problemdir.
 

Qubernator  Tvitter səhifəsində yazıb: "Mən Nyu-York, Uestçester və Lonq-Aylenddə ekstremal hava şəraiti səbəbindən fövqəladə vəziyyət elan edirəm".
 

Nyu-Yorka yağan aramsız qar səbəbindən şəhər meri Bill de Blazio cümə axşamı bütün məktəbləri bağlamışdı.
 

Bundan başqa mer şəhər sakinlərinə evdə qalmağı və nəqliyyatla hərəkət etməməyi məsləhət görüb. Nyu-Yorkun Con Kennedi beynəlxalq hava limanında reyslər dayandırılıb.

Müəllif: