Yeni Ombudsman parlamentin yaz sessiyasında seçilməyəcək

16:37 - 4 Yanvar 2018 - Xəbər

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi Milli Məclisin yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmur.
 
Qeyd edək ki, yeni Ombudsmanın seçilməsi ilə bağlı qərar layihəsinin 2017-ci ilin payız sessiyasında da müzakirəyə çıxarılması gözlənilirdi. Lakin layihə müzakirəyə çıxarılmadı.
 
Hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir.
 
O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

Xəbər xətti