Ucarda yanğın — 2 yaşlı körpə öldü

12:10 - 28 Dekabr 2017 - HADİSƏ

Ötən gün Respublika Yanıq Mərkəzində 2 yaşlı Turan Azad oğlu Əhmədli aldığı xəsarətlərdən dünyasını dəyişib.

"Ucnoqta.az" xəbər verir ki, yanğın dekabr ayının 25-də axşam saatlarında Ucar rayonunun Qarabörk kəndində baş verib.
 

Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Rais Əlsurət oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evdə güclü yanğın baş verib. 
 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb.
 

Yanğın zamanı ağır yanıq xəsarəti diaqnozu ilə xəstəxanaya daxil olan 54 yaşlı Ünbilbanu Məlik qızı Məmmədovaya və 2 yaşlı Turan Azad oğlu Əhmədliyə ilkin tibbi yardım göstərilib. 
 

Həmin şəxslər müalicələrini davam etdirmək üçün paytaxta göndərilib. Ancaq körpənin həyatını xilas etmək mümkün olmayıb.















 

//Ölkə.Az//

Xəbər xətti