Bərdədə yol polisi əməkdaşı arvadını bıçaqlayıb.
"Ucnoqta.az" APA-ya istinadən məlumat verir ki, rayonun Əliyanlı kəndində 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Şükürov qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Anjela Şükürovaya bıçaqla xəsarət yetirib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, S. Şükürov Dövlət Yol Polisinin inspektorudur.