Türkiyədə terrorra qarşı əməliyyatlar davam edir.
"Ucnoqta.az" xəbər verir ki, dekabrın 26-da İstanbul şəhərində əməliyyat keçirilib. Keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər tutulub. Şübhəlilər İstanbuldakı Terrora qarşı mübarizə şöbəsinin əməkdaşlarının şəhərin 2 rayonunun 7 ünvanında keçirdiyi əməliyyat nəticəsində tutulublar.
Qeyd edək ki, Türkiyədə 1 sentyabr - 26 dekabr keçirilən terror əməliyyatları zamanı İŞİD terror təşkilatına ağır zərbə vurulub. Həmin ərəfədə Türkiyədə 21 əməliyyat təşkil edilib. Əməliyyatlar zamanı 714 terrorçu və İŞİD-lə əlaqəli şəxs saxlanılıb. Saxlanılanlardan 670 nəfəri xarici olub. Əməliyyatlar zamanı 100-ə yaxın terrorçu məhv edilib.
//Ölkə.Az//