Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə İŞİD terror təşkilatına ağır zərbə — <font color=red><b>714 terrorçu saxlanılıb, 100-ə yaxın silahlı məhv edilib</b></font>

19:25 - 27 Dekabr 2017 tarixində dərc olunub.

Türkiyədə terrorra qarşı əməliyyatlar davam edir.

"Ucnoqta.az" xəbər verir ki, dekabrın 26-da İstanbul şəhərində əməliyyat keçirilib. Keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər tutulub. Şübhəlilər İstanbuldakı Terrora qarşı mübarizə şöbəsinin əməkdaşlarının şəhərin 2 rayonunun 7 ünvanında keçirdiyi əməliyyat nəticəsində tutulublar.
 

Qeyd edək ki, Türkiyədə 1 sentyabr - 26 dekabr keçirilən terror əməliyyatları zamanı İŞİD terror təşkilatına ağır zərbə vurulub. Həmin ərəfədə Türkiyədə 21 əməliyyat təşkil edilib. Əməliyyatlar zamanı 714 terrorçu və İŞİD-lə əlaqəli şəxs saxlanılıb. Saxlanılanlardan 670 nəfəri xarici olub. Əməliyyatlar zamanı 100-ə yaxın terrorçu məhv edilib.






//Ölkə.Az//

Müəllif: