Nazirlik itkin alpinistlərin axtarışına başladı

09:53 - 27 Dekabr 2017 - Xəbər

Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.

"Ucnoqta.az" Nazirlikdən "Ölkə.Az"-a verilən məlumata istinadən bildirir ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb.

Bu barədə FHN-ə məlumat verilib. Nazirlik həmin şəxslərin axtarışına başlayıb.
Əraziyə helikopter göndərilib.

Xəbər xətti