İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib 

21:37 - 26 Dekabr 2017 - Xəbər

Dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib. Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı. Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu. Dövlət başçıları görüşdə çıxış etdilər.

Xəbər xətti