Bakı xəstəxanasında həkimi döydülər

13:05 - 26 Dekabr 2017 - Xəbər

Yasamal rayonunda yerləşən xəstəxanada həkim döyülüb.


"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.
 

 Həkim Əliyev Zaur Mübariz oğlu xəstəsinin qohumu, Muxtarov Vüsal Mehdibala oğlu tərəfindən döyülüb.
 

 Hadisənin hansı zəmində baş verməsi hələlk məlum deyil. Həkim məhkəmə tibbi ekspertizasından keçib. Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 127-ci maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti