Sabirabad rayonunda yeniyetmə qız zəhərlənmədən dünyasını dəyişib.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu ilə çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq yeniyetmə qız dünyasını dəyişib. İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.