Bakıda bədbəxt hadisə — Gənc hovuzda boğuldu

19:00 - 23 Dekabr 2017 - HADİSƏ

Bakının Nərimanov rayonunda 1987-ci il təvəllüdlü İsmayılov Şakir Bakir oğlu su hovuzuna düşərək boğulub.
 

"Ucnoqta.az" Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata istinadən bildirir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək vətəndaşın meyitini hovuzdan çıxarıb.
 

Meyit aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti