TV 8-də yayımlanan “Gel Konuşalım” proqramına telefonla bağlanan Bülent Ersoy səmimi açıqlamalar edib.
“Qafqazinfo” xəbər verir ki, 65 yaşlı sənətçi tez-tez gündəmə gələn sərvəti barədə danışıb.
O, ötən gün mətbuatda geyiminin 125 min TL olması barədə yazılan xəbərlərə də reaksiya verib:
“Üstümdəkilərin qiymətini hardan tapıb yazıblar? Anlamıram! Pul barədə heç vaxt danışmamışam. Mənim üçün geyimin yaraşıb-yaraşmadığı önəmlidir”.
Müğənni daha sonra bütün sərvətini dövlətə bağışlayacağını deyib:
“Möhtəşəm bir gecə təşkil edəcəm, bu barədə sizə xəbər verəcəm. Çox dəyərli bir kürkümü auksiona qoyacam, əldə olunan gəliri təhsil üçün ayıracam. Mənim kimim var? Onsuz bütün sərvətimi dövlətə bağışlayacam”.