Rusiya prezidenti Vladimir Putin NATO-nun son strategiyasını kəskin tənqid edib.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, o, NATO-nun bundan əvvəl imzalanan müqavilələri pozduğunu xatırladıb.
“Söhbət Avropadakı hadisələrdən gedir. Onlar hücum bazası yaradır. ABŞ 1987-ci ildə imzalanmış orta və kiçik mənzilli raketlərin ləğvi barədə müqavilənin bütün şərtlərini pozur”.
Putin bu tip raketlərin Rumıniyada yerləşdiyini və yaxın vaxtlarda Polşaya da gətiriləcəyini xatırladıb.