Ucnoqta.az
www.ucnoqta.az

Putin: “NATO aqressiv hücum planı seçib”

17:02 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin NATO-nun son strategiyasını kəskin tənqid edib.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, o, NATO-nun bundan əvvəl imzalanan müqavilələri pozduğunu xatırladıb.
 
“Söhbət Avropadakı hadisələrdən gedir. Onlar hücum bazası yaradır. ABŞ 1987-ci ildə imzalanmış orta və kiçik mənzilli raketlərin ləğvi barədə müqavilənin bütün şərtlərini pozur”.
 
Putin bu tip raketlərin Rumıniyada yerləşdiyini və yaxın vaxtlarda Polşaya da gətiriləcəyini xatırladıb. 

 

Müəllif: