Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişinin qonağı olub.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni bir müddətdir ki, gündəmi zəbt edən Röya Ayxan və Nigar Camal qalmaqalına münasibət bildirib.
A.Bəylər Röyanı sərt bir şəkildə tənqid edib. O, proqramın aparıcısı Elgiz Əkbərin R. Ayxanı sənətkar adlandırmasına etirazını bildirib:
“Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı (red: Nigar Camal.) Röyanın yanına qoysan, sənətdə onu sökər. Qorxmuram... Mən sənət üçün doğulmuşam. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Sənəti olmayanlardan danışırsan, xoşum gəlmir. Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, sən bu sənətə tək gəlmisən, mən necə edim?
Çox söhbətlər var. Tədbirə çağırırlar, gedib oxuyur. Biz o vaxt tədbirdə sənətkarlar görəndə salam verməyə qorxurduq. Bunlar yox. Adamın varsa, ödül də alacaqsan. Başına papaq qoy, makiyajsız al bunu. Kimə görə sənətkardı? Buna görə oxumaqdan iyrənirəm. Röyadan qabaq gələnlər var. Mənim fikrim hamıdan artıq olmalıdır. Mən əziyyət çəkmişəm. Saç yapışdırıb, klip çəkib sənətə gələ bilməzsən”.