Bakıda kafedə ofisiant müştərini qətlə yetirib

10:24 - 21 Dekabr 2017 - HADİSƏ

Bakıda qətl törədilib.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.
 
M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.  
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

Xəbər xətti